ABŞ prezidenti Donald Tramp kobudcasına Kolumbiyalı həmkarı Qustavo Petrodan ölkədə kokain istehsalını dayandırmasını tələb edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Ağ Evdə danışıb: “Onun narkotik fabrikləri var. Kolumbiyada kokain istehsal edirlər. Və o, ABŞ-ın dostu deyil. Çox pis adamdır. O, özünə diqqət yetirməlidir”.
Tramp Kolumbiya xalqını sevdiyini, amma ölkə prezidentini sevmədiyini bildirib. Qeyd edib ki, ABŞ üç əsas narkotik istehsalı müəssisəsindən xəbərdardır və Petrodan onları bağlamağı tələb edib.
Musavat.com






