Kremldə Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşdə Donald Trampı daha əvvəl Rusiya lideri ilə görüşlərdə müşayiət edən tərcüməçi iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə “Agentstvo” videomaterialların təhlilinə istinadla məlumat yayıb.
Söhbət ABŞ vətəndaşı olan Yevgeni Sokoldan gedir.
O, Trampın Putinlə keçirdiyi danışıqlarda, o cümlədən Alyaska sammitində və telefon əlaqələrində iştirak edib. Kremlin yaydığı görüntülərində Sokol amerikalı nümayəndə heyətinin yanında dayandığı görünür.
Görüşdə həmçinin Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Natalya Koşkina da diqqətə çatıb. O, daha əvvəl Uitkoff üçün tərcüməçi kimi çalışıb və ABŞ səfirliyinin əməkdaşı kimi təqdim olunması səbəbindən qalmaqalın mərkəzinə düşüb.
Danışıqlar cümə gecəsi baş tutub. Görüşün nəticəsi olaraq Putin Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə ilk üçtərəfli danışıqların Əbu-Dabidə keçirilməsinə razılıq verib.
Musavat.com






