İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Şükran Günü ərəfəsində hind quşunu bağışladı - VİDEO

961 25.11.2025 22:00 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkənin ənənəvi “hind quşunu bağışlama” mərasimini keçirərək Gobble adlı hind quşunu rəsmi şəkildə bayram süfrəsindən “xilas edib”.

ABŞ-da bu mərasim hər il Şükran Günündən bir gün əvvəl keçirilir və prezident bir və ya iki hind quşunu rəsmi olaraq bağışlayır. Beləliklə, həmin quşlar Şükran Günü axşamında bişirilən ənənəvi yemək olmaqdan qurtulur. 

Bu ənənənin kökləri XIX əsrə gedib çıxır. Həmin dövrdə fermerlər prezidentlərə hind quşu hədiyyə edirdi. Mərasim isə rəsmi xarakterini 1989-cu ildə Corc Buş (ata) dövründə alıb — məhz o, ilk dəfə “pardon” sözünü rəsmi şəkildə istifadə etmişdi.

ABŞ Milli Hind Quşu İstehsalçıları Federasiyası hər il mərasim üçün quşları təqdim edir. “Bağışlanan” hind quşları sonradan xüsusi fermalara, rançolara və ya aqrar universitetlərin mərkəzlərinə aparılaraq orada saxlanılırlar. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR