İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Tokayevə görün nə hədiyyə etdi - FOTO

1407 23.12.2025 10:38 Dünya A A

ABŞ prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevə bir neçə hədiyyə göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Onun sözlərinə görə, etimadnaməsinin təqdim edilməsindən sonra qısa söhbət zamanı Donald Tramp bu ilin noyabr ayında Oval Ofisdə Tokayevlə görüşü ilə bağlı təəssüratlarını Qazaxıstan səfiri Maqjan İlyasovla bölüşüb.

Amerika lideri Qazaxıstan prezidentinə xoş arzularını çatdırıb, hörmətini vurğulayıb və onu "beynəlxalq prosesləri dərin və balanslı şəkildə anlayan gözəl insan və təcrübəli dövlət xadimi" kimi səciyyələndirib.

ABŞ prezidenti həmçinin Kasım-Jomart Tokayevə bir neçə hədiyyə, o cümlədən Ağ Evin simvolik açarı və imzası olan beysbol papağı göndərib.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR