İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa sərt zərbə: MAGA daxilində Venesuela böhranı alovlandı

1277 04.01.2026 13:20 Dünya A A

ABŞ-da MAGA hərəkatı daxilində Donald Trampın Venesuela ilə bağlı siyasətinə qarşı narazılıqlar daha açıq və kəskin mərhələyə keçib.

Musavat.com xəbər verir ki, mühafizəkar düşərgənin aparıcı simalarından olan jurnalist Tucker Carlson Trampın qərarlarını ictimai şəkildə hədəfə alaraq onları ailə və dəyərlər prizmasından tənqid edib.

Carlson bildirib ki, Nikolas Maduro “çoxsaylı qüsurlarına baxmayaraq” Qərb yarımkürəsində sosial baxımdan ən mühafizəkar ölkələrdən birinə rəhbərlik edib. Onun sözlərinə görə, Venesuelada pornoqrafiya, abort, eyni cinsli nikahlar, cinsi dəyişikliyin təşviqi və sələmi qadağan edilib, ölkədə isə 40 faiz dərəcə ilə kredit kartı sistemi mövcud olmayıb.

“Bütün bunlar kimin vecinədir?” sualını verən Carlson ardınca mövqeyini açıq şəkildə ifadə edib:
“Mənim vecimədir. Mənim uşaqlarım var. Ümumiyyətlə, bu, kimə və nəyə lazım idi?”

Bu açıqlamalar MAGA elektoratı daxilində Trampın xarici siyasətinə qarşı narazılığın dərinləşdiyini göstərir və mühafizəkar düşərgədə ciddi parçalanma ehtimalını gücləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR