ABŞ prezidenti Donald Tramp Türkiyə lideri ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Donald Tramp çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki rolunu yüksək qiymətləndirərək bildirib:
“Prezident Ərdoğan bölgəni pis insanlardan xilas etdi”.
Trampın bu açıqlaması regional təhlükəsizlik, Yaxın Şərq və Cənubi Qafqaz ətrafında gedən proseslərin fonunda xüsusi maraq doğurub. ABŞ prezidentinin sözləri Ankara–Vaşinqton münasibətləri və Türkiyənin regional siyasətdəki mövqeyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com






