İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Maduronu “oğurlaması”nın ŞOK DETALLARI

1159 05.01.2026 16:16 Gündəm A A

Venesuela lideri Nikolas Maduronun Ağ Ev sahibi Donald Trampın əmri ilə tutularaq ABŞ-a gətirilməsi son illərin ən şok effekt yaradan hadisələrindən biri oldu. Onun taleyi hələ ki, edam olunmasa da, İraqın keçmiş rəhbəri Səddam Hüseynlə müqayisə edilir. Amma Maduronun başına gətirilən səbəblərlə bağlı versiyalar bir qədər fərqlidir.

Bu istiqamətdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikirləri xüsusi diqqət çəkir.

qudret.jpg (90 KB)

Musavat.com xəbər verir ki, o, partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada başlıca versiya kimi bunları irəli sürüb:

“ABŞ Əfqanıstandan qaçandan və Rusiya-Ukrayna müharibəsindəki zəifliyi açıq-aşkar üzə çıxandan sonra ona kiçik də olsa qələbə lazım idi. Trampın güclü lider obrazı dağılırdı. Maduronun tutulması Nyu-York meri Mamdaninin andiçmə gününə təsadüf etdi və bu, Mamdaninin inaqurasiya mərasiminin ABŞ-da böyük siyasi hadisəyə çevrilməsinin qarşısını aldı”.

Deputatın fikrincə, burada ABŞ-Rusiya anlaşması da mümkündür:

“Putin Trampın nüfuzunun qalxması və daha güclü görünməsi üçün hər şeyə gedə bilər, çünki Ukrayna müharibəsində qalib gəlməsi üçün onun dəstəyinə ehtiyacı var”.

ƏHD rəhbərinin arqumentləri nə dərəcədə real görünür?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, Maduronun həbs edilərək ABŞ-a aparılması əməliyyatının arxasında Vaşinqtonun çoxvektorlu hədəfləri dayanır:

“Təbii ki, burada Trampın öz məqsədləri də istisna edilməməlidir. ABŞ daxilində Trampa qarşı müqavimət böyüyür, xüsusilə Epşteyn sənədləri məsələsi aktuallaşır və bu, təkcə demokratlar yox, respublikaçılar arasında da mövcud administrasiyaya qarşı narazılıqlar yaradıb. Nyu-Yorkda mer seçkilərində demokratların qalib gəlməsi də Tramp üçün siqnallardan biri oldu. Bu kontekstdə Donald Trampa ildırımsürətli uğur lazımdır. Maduronun qaçırılması ilə həm daxili gündəmi, xüsusilə Epşteyn sənədlərini gündəmdən çıxarır, həm də nüfuzunu gücləndirir.

Bu prosesdə Putinin Trampa dəstək verməsi ehtimalı da yüksəkdir. Birincisi, Trampın ABŞ-da nüfuzunun artması onun hakimiyyətini gücləndirir və Rusiya bundan Ukrayna məsələsində istədiklərini almaq üçün istifadə edə biləcəyini düşünür.

İkincisi, ABŞ və Rusiya arasında pərdəarxası anlaşmaların olduğu görünür və tərəflər bir-birinin maraqlarını təmin etmək istiqamətində hərəkət edirlər. Putin Trampa Venesuela, ümumilikdə Amerika qitəsində istədiyini əldə etməyə kömək edir, Tramp da ona Ukrayna məsələsində. Baş verənlərdə bu maraqların da olduğu istisna edilməməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR