İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə və Azərbaycana qarşı münasibət dəyişməyib” - VACİB AÇIQLAMA

634 14.05.2026 10:40 Siyasət A A

“ABŞ və Aİ Türkiyəyə Ermənistana sərhədlərin açılması məsələsi üzərindən təzyiqlər etməyə çalışsalar da, Azərbaycanın razılığı olmadan, sülh sazişi imzalanmadan sərhədlərin açılmasının mümküm olmadığını qəbul ediblər”.

Musavat.com xəbər verir ki, bu fikirləri BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev Prezident İlham Əliyevin Zəngilandakı çıxışında səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

“Ermənistanda parlament seçkilərindən sonra Nikol Paşinyan seçilsə belə, parlamentdə qüvvələr balansı pozularsa, bu, narahatedici amil ola bilər. Referendumun nəticəsi ilə bağlı qeyri-müəyyənliklər var. Ermənistan cəmiyyətində hələ də Türkiyə və Azərbaycana qarşı münasibət dəyişməyib. Bu düşüncəni dəyişdirmək uzun zaman ala bilər. Xarici qüvvələr bundan istifadə edə bilərlər”, - o qeyd edib.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR