Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI-yə müsahibəsində region üçün mühüm nəqliyyat layihəsinin geosiyasi nəticələrindən danışıb.
Musavat.com xəbər verir ki, diplomat Bakı və Vaşinqton arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasının Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəcəyini və Cənubi Qafqazda sabitliyi artıracağını bildirib.
Onun sözlərinə görə, TRİPP (Zəngəzur) multimodal nəqliyyat layihəsi həyata keçirilərsə, bu yalnız Azərbaycan üçün deyil, bütün region ölkələri, o cümlədən Rusiya üçün də birbaşa siyasi və iqtisadi fayda yaradacaq.
Səfir qeyd edib ki, layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini gücləndirəcək və Rusiyaya yeni strateji imkanlar açacaq. Belə ki, Moskva:
Naxçıvan üzərindən Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi əldə edəcək
Aralıq dənizi limanlarına çıxış qazanacaq
İran vasitəsilə Fars körfəzi və Hind okeanı istiqamətində alternativ marşrut formalaşdıracaq
Diplomat vurğulayıb ki, bu marşrutlar regionun logistika xəritəsini dəyişdirə və Avrasiya ticarətində yeni balans yarada bilər.
Musavat.com






