Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kollaborant Vladimir Saldonun Xorlıya zərbə endirilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Dmitri Lixovoy “İnterfaks-Ukrayna”ya açıqlamasında Ukrayna Müdafiə Qüvvələrinin zərbələri yalnız hərbi hədəflərə yönəltdiyini bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya Federasiyasının yanacaq-enerji kompleksinə məxsus obyektlərə və beynəlxalq hüquqa uyğun olan digər qanuni hərbi hədəflərə zərbələr endirir. Mülki obyektlərin hədəf alınması ilə bağlı yayılan məlumatlar isə reallığı əks etdirmir.
Lixovoy əlavə edib ki, yanvarın 1-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən zərbələrə dair rəsmi məlumatlar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial şəbəkələrdəki rəsmi səhifələrində dərc olunub.
Musavat.com






