Ukrayna daha iki ədəd "Patriot" hava hücumundan müdafiə sistemi alıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ukrayna Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sistemlərin təhvil verilməsi Almaniya ilə əldə olunmuş yeni razılaşmalar çərçivəsində baş tutub. Bu addım Ukraynanın hava məkanının qorunması və raket-dron hücumlarına qarşı müdafiə imkanlarının artırılması məqsədi daşıyır.
"Patriot" kompleksləri ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizədə ən effektiv sistemlərdən biri hesab olunur. Rəsmi Kiyev bildirir ki, yeni komplekslər strateji əhəmiyyətli obyektlərin və iri şəhərlərin müdafiəsində istifadə olunacaq.
Ukrayna tərəfi Almaniyaya göstərdiyi hərbi dəstəyə görə təşəkkür edərək vurğulayıb ki, bu cür yardım mülki əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, Almaniya son aylarda Ukraynanın əsas hərbi tərəfdaşlarından biri kimi çıxış edir və hava hücumundan müdafiə, zirehli texnika və sursat sahəsində dəstəyi davam etdirir.
Musavat.com






