Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenskinin əsas iki hədəfinin reallaşmayacağını bildirib.
Musavat.com xəbər verir ki, Uşakovun sözlərinə görə, nə Krımın geri qaytarılması, nə də Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil:
“Bunların heç biri alınmayacaq. Krım məsələsində bu, dəmir-betondur - 1 milyon faiz alınmayacaq. NATO məsələsinə gəlincə isə, düşünürəm ki, bu da milyon faiz mümkün deyil”.
Rusiya rəsmisi bununla Moskvanın mövqeyinin dəyişməz olduğunu bir daha vurğulayıb və Kiyevin strateji məqsədlərinin real olmadığını iddia edib.
Musavat.com






