İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Ankaraya gözlənilməz jest: Tramp Türkiyə üçün bu addımı atır

9024 21.12.2025 03:36 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Senatda Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğvi ilə bağlı prosesin başladılmasına təşəbbüs göstərib.

Musavat.com xəbər verir ki, məsələ yanvar ayında – Milad bayramından sonra Senatın gündəliyində yekun müzakirəyə çıxarıla bilər.

Proses uğurla başa çatarsa, Türkiyə ABŞ silah bazarına qoyulan bütün məhdudiyyətlərdən azad olunacaq və Amerika istehsalı olan silah-sursat və hərbi texnikanı maneəsiz şəkildə əldə etmək imkanı qazanacaq. Bu addım Vaşinqton–Ankara münasibətlərində uzun müddətdir davam edən gərginliyin yumşaldılması kimi qiymətləndirilir.

Xatırladaq ki, CAATSA sanksiyaları Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq tətbiq edilmiş, Ankara bu səbəbdən F-35 proqramından kənarlaşdırılmışdı. İndi isə Tramp administrasiyasının bu təşəbbüsü ABŞ-ın Türkiyəni yenidən strateji hərbi tərəfdaş kimi görmək istədiyini göstərən açıq siqnal sayılır.

Mümkün qərar təkcə ABŞ–Türkiyə münasibətlərinə deyil, həm də NATO daxilində balanslara və regionda hərbi-siyasi proseslərə ciddi təsir göstərə bilər.

WhatsApp Image 2025-12-21 at 03.34.33.jpeg (47 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR