Ermənistanda “Qolos” seçki monitorinq hərəkatının Pskov bölgəsi üzrə keçmiş koordinatoru Vladimir Jilinski saxlanılıb.
Musavat.com xəbər verir ki, Rusiya onu “terrorizmin əsaslandırılması” ittihamı ilə axtarışa verib.
Adətən Ermənistan siyasi motivli işlər üzrə Moskvaya ekstradisiyadan imtina edir. Mənbələr Jilinskinin Rusiyaya təhvil verilməsi ehtimalının çox aşağı olduğunu bildirir.
Musavat.com






