Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı mükafat yaradılıb.
Musavat.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu ildən etibarən təsis edilən mükafatın adı "Baku Urban Award"dır:
"Bundan sonra hər Dünya Şəhərsalma Forumunda Bakı adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi olacaq".






