İranın ali dini lideri Əli Xameneinin rəsmi X (keçmiş Twitter) hesabında yeni paylaşım edilib.
Musavat.com xəbər verir ki, postda dini-mistik üslubda hazırlanmış vizual yer alır. Qrafikdə “Zülfüqar” qılıncı ilə təsvir edilən obraz fonunda belə bir ifadə paylaşılıb: “Be nam-e Nami-ye Heydar (əleyhissalam)” – yəni “Heydərin (İmam Əlinin) adı ilə”.
Paylaşımın fonunda qaranlıq səma, işıq zolaqları və alov təsvirləri yer alır ki, bu da hazırkı regional gərginlik fonunda simvolik mesaj kimi qiymətləndirilir.

Musavat.com






