Şəhərdən kənarda yerləşən evdə gecəni sakit keçirən gənc səhər saatlarında gözlənilməz və qorxulu mənzərə ilə üzləşib.
Musavat.com xəbər verir ki, gənc yuxudan oyanarkən pəncərənin arxasında bir qrup canavarın toplaşdığını görüb. Canavarlar evə daxil olmağa cəhd etməsələr də, güclü ulama səsləri gəncin qəfil oyanmasına səbəb olub.
Hadisə qorxu dolu anlarla yadda qalsa da, sosial şəbəkələrdə istehzalı reaksiyalar da doğurub. Belə ki, bəzi istifadəçilər görüntülərə zarafatla “Ceykob, sənsən?” kimi şərhlər yazıblar.
Musavat.com






