Ukrayna Prezidenti Vladimir Zelenski sülh təşəbbüsləri ilə bağlı yeni mərhələyə keçildiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Avropa və Ukraynanın birgə hazırladığı sülh planının versiyası sabah axşam tamamlanacaq.
Musavat.com xəbər verir ki, Zelenski bu sənədin dərhal ABŞ tərəfinə göndəriləcəyini bildirib. Onun sözlərinə görə, məqsəd Vaşinqtonla mövqeləri maksimum dərəcədə uzlaşdırmaq və yekun format üzrə siyasi razılaşmanı sürətləndirməkdir.
Prezident vurğulayıb ki, bu plan Ukraynanın təhlükəsizliyi, ərazi bütövlüyü və uzunmüddətli deyilən sülh mexanizmlərinin əsas elementlərini özündə ehtiva edir.
Musavat.com






