Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbətində ilk dəfə olaraq açıq şəkildə bildirib ki, ölkənin mövcud hərbi və siyasi resursları Krımı geri almağa kifayət etmir.
Prezident deyib: “Bəli, bu gün bizim buna gücümüz yoxdur. Bunun üçün kifayət qədər dəstəyimiz də yoxdur”.
Zelenskinin açıqlaması beynəlxalq müzakirələrdə geniş rezonans doğurub və Ukraynanın hazırkı imkanlarının sərt reallığını ortaya qoyub.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isə Politico-ya müsahibəsində yenə də coğrafiya səhvi ilə gündəmə gəlib. O, Krımı “ürək” adlandıraraq, yarımadanın “dörd tərəfdən okeanla əhatələndiyini” iddia edib.
Daha sonra Tramp Krımın “materiklə kiçik bir bərzəxlə birləşdiyini” və “ən yaxşı hava şəraitinin orada olduğunu” söyləyib.
Musavat.com






