İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinin Trampla mümkün görüşü sualından sonra gərginləşdi

772 29.12.2025 01:08 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərin Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın mümkün görüşü mövzusuna toxunmasından sonra mimikasını dəyişib.

Musavat.com xəbər verir ki, sual səsləndirilən anda Zelenskinin üzündə gərginlik əlamətləri hiss olunub, əvvəlki rahat və gülümsər ifadə yoxa çıxıb. ABŞ prezidenti Donald Trampın görüşün “şəraitdən asılı olacağını” deməsindən sonra isə Ukrayna liderinin daha da narahat olduğu müşahidə edilib. 

Məlumata görə, Zelenski əsəbi halda burnunu çəkib, dodaqlarını sıxaraq reaksiyasını gizlətməyə çalışıb. Bu məqam sosial şəbəkələrdə və siyasi şərhçilər arasında diqqət çəkən detal kimi dəyərləndirilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR