İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən 800 min nəfərlik ordu ANONSU

708 06.02.2026 00:15 Dünya A A

Ukrayna ordusunun səfərbərlik əsaslı qüvvədən müqavilə əsaslı orduya keçidi müharibə başa çatdıqdan və ya atəşkəsdən sonra baş tutacaq. Musavat.com-un Ukrayna mediasına istinadən vetdiyi məlumata görə, bu barədə prezident Vladimir Zelenski fevralın 5-də Kiyevdə Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.

“Biz ordumuzu - onların 800 minini - müharibə başa çatdıqdan və ya atəşkəsdən sonra səfərbərlik qüvvəsindən müqaviləli orduya keçirməklə qoruyacağıq" - dövlət başçısı bildirib.

Zelenskinin fikrincə, yüksək maaşlar insanları hərbi xidmətə cəlb etmək üçün istifadə edilməlidir.

Prezident həmçinin qeyd edib ki, bununla bağlı yeni müdafiə naziri Mixail Fyodorova müvafiq göstəriş verib. Ukrayna lideri bildirib: “Mən ona dedim ki, insanların həyatlarını riskə atdığı cəbhə bölgəsi üçün maaş nə qədər olmalıdır. Hətta atəşkəs dövründə də cəbhə xəttində maaşlar xeyli yüksək olmalıdır. Biz bundan danışırıq. Bütün bunları bacardığımız qədər hesablayacağıq”.

V.Zelenski həmçinin qeyd edib ki, Ukrayna ordusunu maliyyələşdirmək üçün avropalı tərəfdaşlarının köməyinə ehtiyac duyur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR