İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Qərbə açıq mesaj: “Boş vədlər Ukraynanı raketlərdən qorumur"

514 06.01.2026 21:12 Gündəm A A

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşdən sonra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı danışıqlar zamanı Ukraynanın müdafiə qabiliyyətinin real şəkildə gücləndirilməsi imkanlarının müzakirə olunduğunu bildirib.

Zelenskinin sözlərinə görə, diplomatik səylər təkcə siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret və təsirli hərbi-texniki dəstəklə müşayiət edilməlidir. O, xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkib.

Prezident vurğulayıb ki, məhz bu cür real dəstək Ukraynanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə mövqelərini gücləndirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR