Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski Kirill Budanova Prezident Administrasiyasının (Prezident Ofisinin) rəhbəri vəzifəsini təklif edib.
Musavat.com xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin sabiq rəhbəri yeni təyinatı ilə bağlı açıqlama verib.
“Ukrayna prezidenti Volodimir Zelenskinin Prezident Aparatına rəhbərlik etmək təklifini qəbul etdim. Ukraynaya xidmət etməyə davam edirəm. Prezident Aparatının rəhbəri vəzifəsini ölkə üçün daha bir məsuliyyət səviyyəsi hesab edirəm. Ukrayna üçün bu tarixi dövrdə dövlətimizin strateji təhlükəsizliyinin son dərəcə vacib məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir”, - deyə Budanov bildirib.
Qeyd edək ki, Budanov uzun illər Ukraynanın müdafiə və kəşfiyyat sahəsində fəaliyyət göstərib və onun bu təyinatı ölkədə strateji qərarların koordinasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.
Musavat.com






