İnsanlara hürriyət, millətlərə istiqlal!

48 saatda koma, 75 faiz ölüm riski: dəhşətli virus gəlir

2193 25.01.2026 03:15 Gündəm A A

Hindistanda son dərəcə təhlükəli Nipah virusu ilə bağlı vəziyyət yenidən ciddi narahatlıq yaradıb. Ölkədə beş yeni yoluxma halı qeydə alınıb, yoluxanlar arasında həkim, tibb bacısı və xəstəxana əməkdaşı da var.

Musavat.com xəbər verir ki, hadisə bir tibb müəssisəsində ağır respirator simptomlarla hospitalizasiya olunan xəstədən sonra başlayıb.

Məlumata görə, həmin pasiyenti müalicə edən tibb bacısı qəfil xəstələnərək komaya düşüb. Ardınca onunla yaxın təmasda olan bir neçə tibbi personalda da yoluxma əlamətləri aşkarlanıb. Hadisədən sonra 180 nəfər təmaslı şəxs nəzarətə götürülüb, onlardan 20-si sərt karantin rejiminə alınıb.

Mütəxəssislər bildirir ki, Nipah virusu həm heyvanlardan insanlara, həm də insandan insana keçə bilən nadir və son dərəcə aqressiv infeksiyalardandır. Virusun vaksini mövcud deyil, ölüm göstəricisi isə müxtəlif hallarda 40–75 faiz arasında dəyişir.

Xəstəliyin ilkin mərhələsində yüksək hərarət, əzələ ağrıları, qusma müşahidə olunur. Ağır hallarda isə beyin ödemi sürətlə inkişaf edir və xəstə 48 saat ərzində komaya düşə bilər. Hindistan hakimiyyəti bölgədə epidemioloji nəzarəti gücləndirib, xəstəxanalarda xüsusi təhlükəsizlik rejimi tətbiq olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR