İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

482 01.05.2026 14:25 Ölkə A A

Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Musavat.com-a verilən xəbərə görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR