İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda futbol hakimi vəfat etdi

1390 02.01.2026 00:25 Ölkə A A

Lənkəran futbolunun tanınmış simalarından olan hakim və məşqçi Cəfər Surxay oğlu Mirzəyev dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Cəfər Mirzəyev 2022-ci ildə “Xan Lənkəran” PFK-də hakim kimi fəaliyyət göstərib, eyni zamanda müxtəlif futbol turnirlərində köməkçi hakim qismində iştirak edib. O, həmçinin kənd gənclərindən formalaşdırılan “Girdəni FC” komandasının məşqçisi kimi rayonda keçirilən turnirlərdə komandanın iştirakını təmin edib, yerli futbolun və kənd futbolunun inkişafına töhfə verib.

Cəfər Mirzəyev futbol ictimaiyyətində səmimiyyəti, zəhmətkeşliyi və gənclərə verdiyi dəstək ilə tanınıb.
Allah rəhmət eləsin.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR