İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı jurnalist Almaniyada vəfat etdi - FOTO

1569 05.03.2026 19:00 Hadisə A A

Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov dünən Almaniyada dünyasını dəyişib.

O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Almaniyaya köçmüşdü. İlkin məlumata görə, Əli Səlimov parkda istirahət edərkən qan təyziqinin yüksəlməsi nəticəsində 59 yaşında vəfat edib.

Qeyd edək ki, Əli Səlimov Qubadlının "Bərgüşad" qəzetində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildən sonra o, Əli Xasayoğlu imzası ilə "Azərbaycan işıqları", "Azərbaycan" və "Zaman" qəzetlərində jurnalist fəaliyyətini davam etdirib. 2000-ci ilin əvvəllərində Almaniyaya köçüb və orada yaşamağa başlayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR