İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bavariya”da bütün qapıçılar zədələndi

675 16.03.2026 18:18 İdman A A

Almaniyanın "Bavariya"(Münhen) klubunda bütün qapıçılar zədələndiyi üçün Çempionlar Liqasının növbəti matçında qapını 16 yaşlı akademiya yetirməsi Leonard Preskott qoruya bilər.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, artıq gənc qapıçı debüt etməyə hazırlaşır.

Hazırda Manuel Noyer, Sven Ulreix və Conas Urbiq zədə səbəbindən sıradan çıxıb, gənclər komandasının qapıçısı Klanats da eyni problemlə üzləşib. Bu səbəbdən qapıda U-19 komandasının ehtiyat qapıçısı dayanmağa ən real namizəd sayılır.

Boyu 196 sm olan L.Preskott meydana çıxacağı təqdirdə UEFA Çempionlar Liqasının tarixinin ən gənc qapıçısı kimi rekord müəyyənləşdirəcək. Qeyd edək ki, "Bavariya"(Münhen) Çempionlar Liqasının 1/8 final oyunun cavab qarşılaşmasında evdə İtaliyanın "Atalanta" klubunu qəbul edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR