İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər Gürcüstana buraxılmayacaq

4450 05.12.2025 16:43 Region A A

1 yanvar 2026-dan etibarən Gürcüstana səfər edən, xüsusilə özbaşına (tursuz) gələn rusiyalı turistlər üçün məcburi tibbi sığorta tələbi qüvvəyə minir.

Musavat.com xəbər verir ki, turoperatorların məlumatına görə, ölkəyə giriş üçün təqdim olunacaq sənədlər aşağıdakı şərtlərə cavab verməlidir:

Tibbi sığorta və bədbəxt hadisələrdən sığorta olmalıdır;

Sənəd gürcü və ya ingilis dilində tərtib edilməlidir;

Sığorta məbləği minimum 30 min dollar olmalıdır;

Sənəd ölkəyə giriş anından qüvvəyə minməli və Gürcüstanda qalınacaq tam müddəti əhatə etməlidir.

Bundan sonra xarici turlarla gələnlər üçün məsuliyyət turoperatorların üzərində olacaq, onlar müştərilərə məcburi tibbi sığorta təmin etməlidirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR