İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bakıya axışır - Azərbaycan YENİ TARİX YAZIR

2708 16.05.2026 20:24 Gündəm A A

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan güclü dövlətə çevrilib. Bunun bəhrəsini hər addımbaşı görməkdəyik. Ölkəmiz artıq təkcə regionda deyil, qlobal miqyasda mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin əsas iştirakçılarından biri kimi qəbul olunur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının mühüm tədbirlər üçün məhz Bakını seçməsi Azərbaycanın artan nüfuzunun və etibarlı tərəfdaş imicinin aydın göstəricisidir.

Ölkə başçısının BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə keçirdiyi görüş də Azərbaycanın beynəlxalq arenadakı rolunun daha da gücləndiyini nümayiş etdirir. Görüş zamanı Bakıda təşkil olunacaq 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq məsələlərinin müzakirəsi ölkəmizin dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində qlobal liderlərdən birinə çevrildiyini təsdiqləyir.

KALUD.jpg (226 KB)

Bu gün Azərbaycan yalnız beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə deyil, həm də dünya üçün yeni inkişaf modelləri təqdim edən dövlət kimi çıxış edir. Xüsusilə Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi beynəlxalq səviyyədə böyük maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri müasir texnologiyaların, yaşıl enerjinin və innovativ idarəetmə modelinin uğurlu vəhdətidir. Bu layihələr postmünaqişə dövründə yenidənqurma aparan ölkələr üçün nümunəvi konsepsiya hesab olunur və "Azərbaycan modeli" kimi diqqət çəkir.

BMT-nin WUF13 forumunun yüksək səviyyədə təşkilində Azərbaycana tam etimad göstərməsi dövlətimizin güclü idarəçilik ənənələrinin, təhlükəsizlik imkanlarının və yüksək təşkilati bacarığının nəticəsidir. COP29 kimi qlobal əhəmiyyətli tədbirdən sonra daha bir mötəbər beynəlxalq platformanın Bakıda keçirilməsi Azərbaycanın artıq dünya siyasətinin əsas dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın təşəbbüsü ilə COP və WUF platformaları arasında yaradılan strateji əlaqə də xüsusi əhəmiyyət daşıyır. Çünki müasir dövrdə iqlim dəyişiklikləri və urbanizasiya problemləri bir-biri ilə sıx bağlıdır. Bakı bu iki mühüm istiqaməti eyni platformada birləşdirərək dünya üçün yeni əməkdaşlıq modeli təqdim edir. Bu isə Prezident İlham Əliyevin qlobal çağırışlara uyğun formalaşdırdığı müasir inkişaf strategiyasının uğurlu nəticəsidir.

Eyni zamanda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanan Niyyət Məktubu ölkəmizin beynəlxalq idarəetmə proseslərində artan rolunu bir daha nümayiş etdirir. "WUF13 Bakı standartları" isə gələcəkdə beynəlxalq tədbirlərin təşkili üçün yeni və daha effektiv idarəetmə mexanizmi kimi dünya praktikasında mühüm yer tutacaq. Bütün bunlar Azərbaycanın yalnız iştirakçı deyil, həm də qlobal standartları müəyyən edən güclü dövlətə çevrildiyini göstərir.

EYSzPo8cz7DFC6VS3KJvZExgXWPGkvEiMuS9x909_1200.jpg (97 KB)

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm beynəlxalq platformaya çevrilib".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Musavat.com-a açıqlamasında deyib.

İSKENDER.jpeg (149 KB)

Parlamentari fikirlərini bu cür davam etdirib:

"Bu uğurlu gedişatın davamı olaraq dövlət başçısı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb. Görüş zamanı Bakıda təşkil olunacaq 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq məsələləri müzakirə edilib və bu, ölkəmizin dayanıqlı inkişaf sahəsində artan nüfuzunu bir daha sübut edib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, "ağıllı şəhər" və müasir urbanizasiya layihələri dünya miqyasında innovativ və nümunəvi model kimi qiymətləndirilib. BMT-nin Azərbaycanın WUF13 forumuna yüksək səviyyədə evsahibliyi edəcəyinə olan inamı ölkəmizin güclü təşkilati imkanlarının və dövlət rəhbərliyinin beynəlxalq təşəbbüslərə verdiyi xüsusi önəmin göstəricisidir. COP29-dan sonra belə bir nüfuzlu tədbirin də Azərbaycanda keçirilməsi ölkəmizin qlobal dialoq mərkəzinə çevrildiyini təsdiqləyir. Azərbaycan bu prosesdə COP və WUF platformaları arasında strateji əlaqə yaradaraq dayanıqlı şəhərsalma ilə iqlim gündəliyinin inteqrasiyasına mühüm töhfə verir.

NİYYET.jpg (90 KB)

Görüşdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubunun əhəmiyyəti də xüsusi vurğulanıb. Bu sənəd yalnız WUF13 forumunun təşkilati modelinin rəsmiləşdirilməsinə deyil, həm də gələcəkdə bu tədbirə evsahibliyi edəcək ölkələr üçün praktik idarəetmə mexanizminin formalaşdırılmasına xidmət edəcək. Eyni zamanda forum çərçivəsində tətbiq olunacaq "WUF13 Bakı standartları" beynəlxalq tədbirlərin daha operativ və səmərəli idarə edilməsi, həmçinin qlobal şəhərsalma platformalarında vahid yanaşmanın formalaşdırılması baxımından mühüm yenilik hesab olunur".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR