İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlunun məhkəmə tarixi bəlli oldu

471 12.12.2025 23:17 Dünya A A

Əkrəm İmamoğlunun məhkəmə qarşısına çıxacağı tarix açıqlanıb.

Musavat.com xəbər verir ki, İstanbul 40-cı Ağır Cəza Məhkəməsi vəzifəsindən kənarlaşdırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş başçısı Əkrəm İmamoğlunun və aralarında 105 nəfəri həbsdə olan ümumilikdə 402 şəxsin 9 mart 2026-cı ildə hakim qarşısına çıxacağını açıqlayıb.

Məhkəmənin qəbul etdiyi ittiham sənədində İmamoğlu barəsində misilsiz həcmdə cəza tələb olunur. İttihama görə, o, 142 ayrı əmələ görə 828 il 2 aydan 2 min 352 ilədək azadlıqdan məhrum edilə bilər.

Sənəddə İmamoğlu “cinayət məqsədilə dəstə yaratmaq”, “rüşvət”, “qanunsuz vəsaitlərin leqallaşdırılması”, “dövlət qurumlarını aldatmaqla dələduzluq” kimi maddələrlə yanaşı, dəstə rəhbəri kimi üzvlərin törətdiyi iddia edilən bir çox digər əməllərə görə də məsuliyyətə cəlb olunur. Bu əməllər arasında “şəxsi məlumatların qeydə alınması və yayılması”, “dövlət əmlakına ziyan vurulması”, “sübutların gizlədilməsi”, “ictimaiyyətdə yalan məlumat yayılması”, “ətraf mühitin çirkləndirilməsi”, eləcə də “vergi, meşə və mədən qanunvericiliyinin pozulması” kimi ittihamlar var.

Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin mart ayında həbs edilib.

 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR