Britaniya taxt-tacının varisi Şahzadə Uilyam illər sonra uşaqlıqda anası Şahzadə Diana ilə birlikdə ziyarət etdiyi bir xeyriyyə təşkilatını ziyarət edib. Bu dəfə oğlu Şahzadə Corc ilə...
Musavat.com xəbər verir ki, mətbəx önlükləri taxaraq diqqət çəkən ata-oğul Vestminsterdə Passage adlı təşkilat tərəfindən dəstəklənən evsizlər üçün nahar hazırlamağa kömək edib.
Passage-in baş direktoru Mik Klark Şahzadə Uilyamla Şahzadə Corcun mətbəxdə keçirdikləri vaxtı belə təsvir edib: "Uilyam Brüssel kələmini bişirməyə hazırlayırdı, Şahzadə Corc isə Yorkşir pudinqlərinə kömək edirdi".
Musavat.com






