"Aktyor olmasaydım, taksi sürücüsü və ya restoran müdiri kimi görünərdim. Əvvəl restoran, klub işlədirdim. Yaxşı da iş gedirdi. Xidmət etməkdən yoruldum. Ordan gələn pulun bərəkəti olmurdu. Gələn gün pul gedirdi".
Bu sözləri aktyor Elcan Rəsulov "Efirdən kənar" proqramında deyib.
O, aktyorluqdan başqa məşğul olduğu işdən danışıb. Elcan bildirib ki, restoran biznesi olub və bağlayıb:
"İndi hardasa durmaq yaşımız deyil. O vaxt oturanda müştəri gəlirdi. İndi düşünürəm ki, gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır. İşin forması dəyişib. İndi "Food bloger" olmaq restoran sahibi olmaqdan daha hörmətli və gəlirlidir". (Axşam.az)






