İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda krım tatarları haqqında monoqrafiya yazan politoloq məsuliyyətə cəlb olundu

279 12.12.2025 15:26 Dünya A A

Rusiyanın işğalı altındakı Krımda yerli jurnalist və politoloq Lenora Dülberova saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Krım həmrəyliyi” birliyinin verdiyi və “Krım.Realii”nin yaydığı məlumata əsasən, güc strukturları qadını FTX idarəsinə apararaq dindirib, telefonundakı məlumatlara baxıb və şəxsi kompüterini götürüblər.

Elə həmin gün Simferopolun Kiyev Rayon Məhkəməsi Dülberovanı iki ayrı inzibati iş üzrə cərimələyib. Əvvəlcə ona 2020-ci ildə nəşr olunmuş “Krım tatarları siyasi məkanın transformasiyası şəraitində” adlı elmi monoqrafiyaya görə “ekstremist materialların yayılması” maddəsi ilə 3 min rubl cərimə kəsilib.

Hüquq-mühafizə orqanları monoqrafiyanın bir nüsxəsini Krım Respublika Elmi Kitabxanasından (İvan Franko adına) götürərək linqvistik ekspertizaya göndəriblər. Ekspert rəyində kitabda “Hizb ut-Təhrir” və “Krım tatar xalqının Məclisi”nin fəaliyyətinə haqq qazandırma əlamətləri olduğu iddia edilib (hər iki qurum Rusiyada qadağandır).

Eyni gün həmin məhkəmə Dülberova barəsində daha bir işi — “ordunun nüfuzdan salınması” maddəsi üzrə araşdırıb. Bu işə səbəb polis tərəfindən “Krım.Realii”nin YouTube kanalında üç il əvvəl yayımlanmış bir verilişdə onun çıxışı olub. Söhbət Ukrayna–Krım tatarları müsabiqəsi olan “Krım inciri” çərçivəsində keçirilmiş panel müzakirələrinin videosundan gedir.

Məhkəmə qərarında qeyd olunur ki, politoloqun Rusiya ordusunu nüfuzdan salan fikirləri 01:50:48–01:56:59 zaman aralığında səsləndirilib. Hazırda həmin yayım açıq şəkildə əlçatan deyil, lakin müzakirənin təsviri və iştirakçıların siyahısı qalır — siyahıda Dülberova ilə yanaşı krım tatar fəalları və Ukrayna Silahlı Qüvvələrinin hərbçisi də göstərilir.

Məhkəmə sənədlərində bildirilir ki, Dülberova izah edib: tanış politoloqun xahişi ilə müəyyən mövzuda şərh verib, videonu evdə çəkərək ona göndərib və həmin materialın yayımlanacağından xəbəri olmayıb, müzakirədə birbaşa iştirak etməyib.

Nəticədə məhkəmə Lenora Dülberovaya 30 min rubl məbləğində daha bir cərimə tətbiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR