Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış “Habertürk” televiziya kanalının baş redaktoru və aparıcısı Mehmet Akif Ersoy narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Türkiyə KİV-lərinin məlumatına görə, əməliyyat çərçivəsində aparılan istintaq şou-biznes və media nümayəndələrinin də adlarının keçməsi səbəbindən daha da genişləndirilib.
Hadisə ilə bağlı əlavə detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Musavat.com
![]()






