İnsanlara hürriyət, millətlərə istiqlal!

Murad Arif Audiovizual Şuraya səsləndi – “Bu qədər olmaz!”

4007 20.04.2026 17:30 Şou-biznes A A

“Telekanallarla bağlı daha bir qərarın qəbul edilməsinə ehtiyac var: ortabab “manısların”, aşağı səviyyəli heyyətlərlə “canlı” toyxanaları da yığışdırılmalıdır efirdən. Səhər, günorta, axşam, bu qədər “Balam Eyy!” olmaz”.

Bunu müğənni Murad Arif bildirib.

O, sosial media hesabında paylaşım edərək Audiovizual Şuraya səslənib:

“Ümumiyyətlə, kanallar format, janr, təmayül və profillərinə görə ayrılmalı və fərqlənməlidir. Əyləncə yalnız toyxana deyil. Musiqi yalnız “6-8” deyil. Klip saatları açılsın. Kliplər gerçək sənətçini, fərqli janrları, obrazları, rəngarəngliyi və musiqi sektorunu dirçəldir.

Gözəl bəstəkarlarımız sağ-salamatdır... Klip saatları olmayınca, bu mahnılar alınmayacaq, işlənməyəcək...

Hörmətli Azərbaycan Respublikası Audiovizual Şurası, nəzərə alın”./yenisabah/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR