İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin genetik baza qurur

608 21.03.2026 18:50 Dünya A A

Rusiyada yeni elmi layihə ətrafında müzakirələr güclənir.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə “milli genetik məlumat bazası”nın yaradılması layihəsini irəli sürüb.

Bildirilir ki, layihə qocalmaya qarşı mübarizə və tibbi elmdə irəliləyiş kimi təqdim olunur. Bu istiqamətdə işlərə Putinə yaxınlığı ilə tanınan Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutu nəzarət edir.

Putin özü də bu mövzu ilə bağlı açıq şəkildə çıxış edərək toxuma və orqanların yetişdirilməsi imkanlarından danışıb, həmçinin Çin lideri ilə bu kimi məsələləri müzakirə etdiyini bildirib.

Məlumata görə, Rusiya prezidenti uzunömürlülük məsələsinə xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif elmi təşəbbüslər dəstəklənir.

Qeyd olunur ki, bu layihə cəmiyyətdə böyük mübahisələrə səbəb olub. Bəzi ekspertlər bunu elmi inkişaf kimi qiymətləndirsə də, digərləri resursların prioritet istiqamətlər üzrə bölüşdürülməsi ilə bağlı suallar qaldırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR