İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada neft zavodu VURULDU, PARTLAYIŞ VƏ YANĞIN! Moskvaya DƏHŞƏTLİ PUA HÜCUMU, yer-göy OD İÇİNDƏ!

745 12.12.2025 10:58 Dünya A A

Ukrayna Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlarla hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

OSİNT analitikləri və monitorinq kanallarına görə, “Slavneft-YANOS” (Yaroslavnefteorgsintez) neft emalı zavodu hücuma məruz qalıb. Nəticədə partlayış və yanğın baş verib.

Qeyd edək ki, “Slavneft-YANOS” Rusiyanın beş ən böyük neft emalı zavodundan biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal edir.

Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Sobyanin "Telegram"da yazıb: “Müdafiə Nazirliyinin HƏM qüvvələri Moskva istiqamətinə uçan PUA-nı məhv edib.”

Onun sözlərinə görə, dronun qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmətlər işləyir.

Bundan əvvəl Tula vilayətində PUA hücumu təhlükəsi elan olunub.

Həmçinin Soçi, Kaluga və Volqoqrad aeroportları müvəqqəti olaraq reysləri qəbul etmir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR