İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Trampın çevrəsi Putinin şirkəti ilə saziş imzaladı

480 20.02.2026 15:55 Dünya A A

Vaşinqton–Moskva xəttində mümkün iqtisadi yaxınlaşma fonunda diqqətçəkən saziş barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Tramp ailəsinə yaxınlığı ilə tanınan texaslı investor Sentri Biç 2025-ci ilin payızında Rusiyanın “Novatek” şirkəti ilə Alyaskada qaz hasilatı və mayeləşdirilməsi layihəsi üzrə razılaşma imzaladığını bildirib.

Saytın yazdığına görə, bu, Moskva və Vaşinqton arasında mümkün iqtisadi əməkdaşlıq müzakirələrinin başladığı dövrdən sonra amerikalı vətəndaşın iri rus şirkəti ilə ilk belə anlaşması ola bilər.

Biç açıqlamasında addımını siyasi deyil, kommersiya motivləri ilə əsaslandırıb və layihənin ilkin mərhələdə olduğunu bildirərək detalları açıqlamaqdan imtina edib. “Novatek” isə Alyaskada öz mayeləşdirilmiş təbii qaz (LNG) texnologiyasının mümkün tətbiqi ilə bağlı danışıqların aparıldığını təsdiqləsə də, konkret tərəfdaşlıqdan söhbət gedib-getmədiyini dəqiqləşdirməyib.

İnvestor bildirib ki, danışıqları “Novatek”in rəhbəri Leonid Mixelsonla Dubay və Avropada aparıb. Qeyd edilir ki, Mixelson ABŞ və Aİ sanksiyalarına məruz qalmayıb. Biç vurğulayıb ki, mövcud məhdudiyyətlər şirkətlə əməkdaşlığı tam qadağan etmədiyindən onun fəaliyyəti qanunidir.

NYT-yə müsahibəsində o, Tramp ailəsi ilə biznes əlaqəsi olmadığını və şəxsi münasibətlərinin razılaşmaya təsir etmədiyini deyib. Bununla belə, layihə barədə məlumatın “Moskva və Vaşinqtonda ən yüksək səviyyədə” bilindiyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR