İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Latın Amerikasında "dəhşətli insanlara" zərbə endirəcəyinə söz verdi

359 13.12.2025 13:34 Dünya A A

ABŞ Venesuela, Kolumbiya və digər Latın Amerikası ölkələrində narkotik tacirlərinə hücum edə bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə bildirib.

O bildirib ki, bu, Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərindən "dəhşətli insanlara" zərbə endirmək deməkdir. O qeyd edib ki, Kolumbiya və Venesuelada genişmiqyaslı narkotik istehsalı həyata keçirilir.

Tramp deyib ki, ABŞ hərbi qüvvələrinin narkotik tacirləri şübhəli bilinənlərin qayıqlarına zərbə endirməsindən sonra onların dəniz yolu ilə daşınması 96 faiz azalıb. İndi ABŞ quruda da eyni şeyi etməyi planlaşdırır və çox tezliklə edəcək.

10 dekabrda ABŞ prezidenti Venesuela sahillərində "çox böyük" neft tankerinin ələ keçirildiyini və daha bir neçəsini ələ keçirməyi planlaşdırdığını elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR