İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İrandan idxalı kəskin artırıb

1529 21.12.2025 23:54 İqtisadiyyat A A

Cari İran təqvim ilinin birinci yarısında (21 martda başlayıb) İrandan Türkiyəyə qeyri-neft ixracı 14 faiz artıb.

Musavat.com xəbər verir ki, məlumatı Mehr Agentliyi yayıb. Məlumata görə, 2025-ci il martın 21-dən sentyabrın 22-dək İran qonşu Türkiyəyə 2,718 milyard dollar dəyərində qeyri-neft malları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14 faiz, çəki baxımından isə 22 faiz artım deməkdir.

2025-ci il martın 21-dən sentyabrın 22-dək iki ölkə arasında ümumi ticarət dövriyyəsi 7,42 milyard dollara çatıb ki, bu da İranın ümumi xarici ticarətinin 13,2 faizini təşkil edir.

Yuxarıda qeyd olunan məlumatlara görə, Türkiyə bu dövrdə İranın ticarət tərəfdaşları arasında üçüncü yeri tutub. 2025-ci il martın 21-dən sentyabrın 22-dək İran Türkiyəyə ən çox neft-kimya və neft məhsulları ixrac edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR