İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılar sona qədər döyüşməyə hazırdır

683 02.01.2026 17:22 Dünya A A

Ukraynalıların 62%-i müharibəyə lazım olan qədər dözməyə hazırdır.

Musavat.com xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) noyabr-dekabr aylarında keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Bu göstərici sentyabr ayındakı səviyyə ilə eynidir.

Respondentlərin 3%-i təxminən bir il dözməyə hazır olduqlarını bildirib. Daha qısa müddət - 6 ay və ya bir neçə ay - deyənlərin payı 14% təşkil edib (sentyabrda bu göstərici 21% idi). Bununla yanaşı, suallara cavab verməkdə çətinlik çəkənlərin payı 13%-dən 21%-ə yüksəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR