Xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevin sözlərinə görə, yeni qlobal ABŞ tariflərindən ən çox Avropa İttifaqı və Böyük Britaniya zərər çəkəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə "Facebook səhifəsində yazıb.
K.Dmitriyev ABŞ prezidenti Donald Trampın yeni tarifləri ilə bağlı məlumat yayan “Financial Times” qəzetinin xəbərinə şərh verərək qeyd edib: "Onsuz da zəif olan Böyük Britaniya və Aİ ABŞ-nin yeni 15%-lik qlobal tariflərindən daha çox zərər çəkəcək".
Nəşr qeyd edib ki, yeni qlobal tarifindən ABŞ prezidentinin sərt tənqid etdiyi əksər ölkələr, o cümlədən Çin və Braziliya faydalanacaq. Yeni vergidən ən böyük zərbə Böyük Britaniya və Aİ ilə yanaşı Yaponiya da daxil olmaqla, ABŞ-nin köhnə müttəfiqlərinə dəyəcək.
Musavat.com






