İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuela sahillərində daha bir Rusiya tankerini saxlayıb

435 09.01.2026 19:33 Dünya A A

ABŞ-nin sahil mühafizəsi xidməti göstərən hərbi qulluqçuları Venesuela sahillərində "Olina" tankerini saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, “kölgə donanması”na qarşı əməliyyatda ələ keçirilən beşinci gəmi olub.

Əməliyyat yanvarın 9-da ABŞ təhlükəsizlik qüvvələrinin beynəlxalq sularda gəmiyə minməsi ilə baş tutub. “The Wall Street Journal” qəzetinin mənbələrinə görə, tanker sanksiyalara zidd olaraq Rusiya neftinin tədarükündə iştirak edir. Onun qeydiyyat nömrəsi 2025-ci ilin yanvarında ABŞ-nin sanksiya siyahısına “kölgə donanması”nın bir hissəsi kimi daxil edilmiş "Minerva M" gəmisinin nömrəsi ilə eynidir.

"Olina" Şərqi Timor bayrağı altında üzürdü və 50 gündən çoxdur ki, əlaqə saxlamırdı. “Reuters” xəbər verir ki, gəmidən son siqnal noyabr ayında Venesuela sahillərində aşkar edilib.

“The Bell”in məlumatına görə, bu, ABŞ-nin qanunsuz neft daşınmalarına qarşı kampaniyasının bir hissəsi olaraq ələ keçirilən beşinci tankerdir. Venesuela neft ixracının əksəriyyəti - təxminən 70%-i – “kölgə donanması”nın gəmiləri tərəfindən daşınır.

Daha əvvəl Atlantik okeanında Rusiya şirkətinə məxsus “Bella 1” tankeri saxlanılıb. Moskva ABŞ-ın hərəkətini "qanunsuz güc aktı" kimi qiymətləndirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR