ABŞ prezidenti Donald Tramp ölkəsinin “həddindən artıq çox qalib gəldiyini” bildirib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə “Truth Social”da paylaşım edib.
“Biz çox tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizlikdir!” – deyə o yazıb.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Donald Tramp ABŞ Silahlı Qüvvələrini dünyanın ən güclü ordusu adlandırıb. O, Birləşmiş Ştatların yalnız ən qüdrətli orduya malik olmadığını, həm də dünyada ən yaxşı hərbi texnika istehsal etdiyini vurğulayıb.
Ötən ilin 5 sentyabrında isə Tramp ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, qurumun adı Müdafiə Nazirliyindən Hərb Nazirliyinə dəyişdirilib.
Fərmanın imzalanması mərasimində Ağ Evin rəhbəri ABŞ-nin hər iki dünya müharibəsində və onların arasındakı bütün münaqişələrdə qalib gəldiyini bildirib.
Trampın fikrincə, Müdafiə Nazirliyi adı həddindən artıq liberal səslənir və mövcud qlobal vəziyyət nəzərə alınarsa, Hərb Nazirliyi daha uyğun addır.
Donald Trampın son açıqlamasının Meksikada narkokartel liderinin öldürülməsi ilə eyni vaxta düşməsi ayrıca diqqət çəkib.
Musavat.com






