Türkiyədə İstanbulun keçmiş meri Ekrem İmamoğlu ilə bağlı məhkəmə prosesi 12,5 ilə qədər uzana bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, iş üzrə 105 nəfər təqsirləndirilən şəxs, 400-dən çox şahid var və məhkəmə prosesinin ümumi müddəti təxminən 4 600 gün olaraq hesablanıb. Bu isə Türkiyə məhkəmə tarixində ən uzunmüddətli proseslərdən biri ola bilər.
İmamoğlu cinayətkar təşkilat yaratmaq, rüşvətxorluq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, dövlət qurumlarına qarşı dələduzluq, eləcə də bir sıra digər ağır hüquq pozuntularında ittiham olunur. O, ittihamları qəbul etmir və işi siyasi motivli təzyiq kimi qiymətləndirir.
Musavat.com






