Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalması fonunda regionda hərbi eskalasiya ehtimalı sürətlə artır.
Musavat.com xəbər verir ki, İsrailin “i24” telekanalının məlumatına görə, “İsrail” rəsmiləri ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlama ehtimalını yüksək qiymətləndirirlər.
Məlumata əsasən, ərəb vasitəçilər bu gün axşam saatlarında iranlı tərəfi danışıqların gündəliyini genişləndirməyə razı salmağa çalışıblar. Lakin Tehran hələ dünən vasitəçilərə açıq mesaj verib: “Biz yalnız nüvə məsələsini müzakirə etməyə hazırıq.”
Musavat.com






