Qazaxıstanın mərkəzi bölgəsində yerləşən kafelərdən birində qaz balonunun partlaması nəticəsində iki nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, partlayış zamanı daha 11 nəfər xəsarət alıb və onlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, partlayış texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verə bilər. Faktla bağlı müvafiq qurumlar tərəfindən istintaq başlanılıb.
Musavat.com






