İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın başı üzərində yeni təhlükə – Kürd qruplar bir bayraq altında

1237 23.02.2026 02:57 Dünya A A

Yaxın Şərqdə proseslər daha da mürəkkəbləşir. İranın qərb bölgələrində fəaliyyət göstərən silahlı kürd təşkilatları vahid ittifaq yaratdıqlarını elan ediblər.

Musavat.com xəbər verir ki, PJAK, Komala, PAK, PDKI və Xabat “İran Kürdüstanı Siyasi Qüvvələrinin Alyansı” adlı yeni siyasi-hərbi blok yaratdıqlarını açıqlayıblar.

Birgə bəyanatda bildirilib ki, məqsəd İrana qarşı fəaliyyətin koordinasiyası, vahid strategiyanın hazırlanması və ortaq siyasi mövqenin formalaşdırılmasıdır. Qruplar bundan sonra həm siyasi platformada, həm də silahlı müstəvidə daha sıx əməkdaşlıq edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, bir neçə ay əvvəl Bəlucistan istiqamətində də oxşar birləşmə prosesi baş vermişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR