İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa ŞOK

554 23.02.2026 15:13 Dünya A A

ABŞ Gömrük və Sərhəd Xidməti 24 fevraldan etibarən Tramp administrasiyası dövründə tətbiq edilən tariflərin yığılmasını dayandıracağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yükdaşıyıcılar üçün nəzərdə tutulmuş “Cargo Systems Messaging Service” məlumat sistemində bildiriş yayılıb.

Qurumun açıqlamasına görə, çərşənbə axşamından etibarən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində Trampın əvvəlki fərmanları ilə bağlı bütün tarif kodları deaktiv ediləcək.

Gömrük xidməti Ali Məhkəmənin Trampın rüsumları qanunsuz tətbiq etdiyinə dair qərarından sonra bir neçə gün ərzində niyə rüsumların yığılmağa davam edildiyi ilə bağlı açıqlama verməyib. Həmçinin idxalçılara mümkün vəsait qaytarılması barədə də məlumat təqdim olunmayıb.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi IEEPA qanunu üzrə prezidentin səlahiyyətlərinin rüsum tətbiq etmək üçün yetərli olmadığını bəyan edib və Donald Trampın dünyanın əksər ölkələrinə qarşı birtərəfli qaydada rüsumlar tətbiq etməklə qanunu pozduğunu qərara alıb. Qərarı altı hakim dəstəkləyib, üçü isə əleyhinə səs verib.

Tramp qərarı “biabırçılıq” adlandıraraq Ali Məhkəmənin “xarici maraqların təsiri altında” olduğunu iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR